Teatrda dəyişikli - Direktor çıxarıldı, yerinə başqası gəldi

Teatrda dəyişikli -  Direktor çıxarıldı, yerinə başqası gəldi
873 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına yeni direktor təyin edilib.

Axşam.az-ın məlumatına görə, Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə qrumun direktoru olub.

Qeyd edək ki, o, 1981-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Teatrşünaslıq” fakültəsini bitirib. Əmək fəaliyyətinə 1981–ci ildə “Azərbaycanfilm” Kinostudiyasında başlayan N.İsmayılzadə 1984-1989-cu illərdə Azərbaycan Dövlət Filarmoniyasında böyük redaktor kimi işləyib. Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının keçmiş direktoru Mübariz Həmidov isə yeni vəzifəyə təyinat alacaq.