Afaq Bəşirqızı ürək əməliyyatından sonra ilk dəfə efirdə

Afaq Bəşirqızı ürək əməliyyatından sonra ilk dəfə efirdə
1248 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Afaq Bəşirqızı keçirdiyi ürək əməliyyatından sonra ilk dəfə efirə çıxacaq.

Axşam.az xəbər verir ki, aktrisa İctimai telekanalda efirə gedəcək “İlin sənət sevincləri” adlı Yeni il proqramında iştirak edəcək.

Teatr ictimaiyyətinin uğurlarının müzakirə olunduğu proqram yanvarın 1-də yayımlanacaq.
Xalq artistləri Amaliya Pənahova, Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski, aktrisa Natalya Şarovskaya, Opera və Balet Teatrının solisti Azər Zeynalov, aktyor Qurban İsmayılov və başqaları da verilişdə yer alacaqlar. Proqramın musiqili qonaqları isə xalq artisti Brilliant Dadaşova, Xuraman və Fidan Qasımova bacıları, əməkdar artistlər İlqar Muradov, Tünzalə Ağayeva, Ədalət Şükürov, müğənni Elnur və Zamiqdir.