Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun yeni klipinə təqdimat keçirib.

Axşam.az-ın məlumatına görə, Rəqsanə övladının ilk tədbirinə qatıla bilməyib. Buna səbəb isə onun hamiləliyinin ağır keçməsi olub.

Mərasim zamanı Aysuna “Skype” ilə zəng edən İsmayılova kövrəlib. Göz yaşlarını saxlaya bilməyən müğənni hamiləliyinin 5 ayında olduğunu və həkimlərin ona təyyarəyə minməyə qadağa qoyduğunu söyləyib. Rəqsanə hazırda Moskvada qaldığını bildirib.

Aysun ilk işi olduğunu və çox həyəcanlandığını etiraf edib. Sənətçinin “Gözü kor” mahnısının sözləri Taleh Mənaya, musiqisi isə DJ Roşkaya məxsusdur.

Qeyd edək ki, Rəqsanə əkizləri olacağını bildirib.

 
 
 
 
 


                   

Digər Xəbərlər