Üzü yanan xanımı makiyaj etməsi böyük səs-küy doğuran stilist Anar Ağakişiyev daha bir maraqlı işini təqdim edib.

Axşam.az-ın məlumatına görə, stilist ən böyük arzusu gəlinlik libası geyinib, makiyajı etmək olan üzü yanan qızın görünüşünü dəyişib.

Anar həmin görüntünü sosial şəbəkədə paylaşaraq "Nərminin (üzü yanan qız - red.) videosundan sonra milyardlarla məktub almağa başladıq. Nərminlə bir yerdə Elvira üçün sürpriz olaraq illərdir xəyalını qurduğu gəlinlik obrazını yaratdıq. Həyatın öz enişli-yoxuşlu yolları var. Onları qəbul etməliyik və yaşamağa davam etməyi bacarmalıyıq. Bu gözəl xanım üçün mən əlimdən gələni böyük məmnuniyyətlə etdim" sözlərini yazıb.



                   

Digər Xəbərlər