Toya sayılı günlər qaldı

Toya sayılı günlər qaldı
1364 dəfə oxunub
  • A-
  • A
  • A+
İş adamı Selim Selimoğlu ilə ailə qurmağa hazırlaşan Bengü alış-veriş mərkəzində görüntülənib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, mağazaları gəzən müğənni media nümayəndələrinin suallarını da cavablandırıb.

Toy hazırlığına başı qarışdığını deyən Bengü "29 avqustda keçiriləcək toyumuz üçün iclas etdi. Az vaxt qalıb. Bir tərəfdən də konsertlərim davam edir" cavabını verib.

Müğənni toydan sonra bal ayına çıxa bilməyəcəklərini söyləyib:

"Toydan sonra da bir neçə konsertim var. Onlar bitəndən sonra bal ayına gedəcəyik. Amma hara gedəcəyimizi bilmirik".