“Maşın” şounun finalçıları bəlli oldu

“Maşın” şounun finalçıları bəlli oldu
5982 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV telekanalında yayımlanan şoumen Murad Dadaşovun “Möhtəşəm maşın” şosunun növbəti günü olduqca həyəcanlı keçib.

Axşam.az xəbər verir ki, finalçıların müəyyən ediləcəyi gecədə ən çox dicey Çinanın şəkli atılıb. İştirakçılar onun oyundan uzaqlaşdırmaq istəyiblər. 

Veriliş ərzində şoumen Murad Dadaşov maraqlı açıqlama verib. O, tamaşaçıların Yeni il təbriklərini final gecəsi canlı efirdə nümayiş etdirəcəklərini söyləyib. Bunun üçün  #mashinshow2013 ünvanına video təbriklər göndərə bilərsiniz.

Nəhayət, verilişin ən maraqlı anı gəlib və səsvermənin nəticəsi açıqlanıb. Dicey Çina 67.53 faiz səs toplayaraq finalçı olmağı bacarıb. O, çox həyəcanlı olduğunu deyib və anasına görə, oyunu öz istəyi ilə tərk etməyəcəyini söyləyib: “Maşın” şou ikinci həyatdır. Burda ikinci sifətləri görmüşəm, ikinci həyat kitabımı oxumuşam. Bəlkə də belə kitab heç vaxt yazılmayıb, amma nə vaxtsa yazılacaq.  Mən özüm getmək istədiyimi deyirdim. Amma düşündüm ki, anamın 14 günlük əziyyətini, tamaşaçıların 2 saatlıq zəhmətini yerə vura bilmərəm”. O, oyundan jurnalist Vüqar Vüqarlını uzaqlaşdırmaq istədiyini  söyləyib. İki gündür, səsverməyə çıxaraq qalib gələn V.Vüqarlı isə Çinanın bu addımını başa düşmədiyini deyib.

 
Xatırladaq ki, 3 finalçı artıq məlumdur. Bunlar aparıcı Aydan Axundova, dicey Çina və klarnet ifaçısı Hüseyn Məhəmmədoğludur.

Veriliş hər gün ATV telekanalında saat 23:00-da yayımlanır.