Hülyanın evinə oğru girdi

Hülyanın evinə oğru girdi
627 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Hülya Avşarın evinə oğru girib.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, qaçmağı bacarsan naməlum şəxs aktrisanın evindən 500 türk lirəsi (təxminən 250 manat) götürüb. Aktrisa bu barədə türk mediasına açıqlama verib:

“Səhər saat 06.00-06.30 olardı. Gün çıxmışdı. Baxdım ki, yataq otağımda kimsə var. Papaq və əlcək taxmışdı. Üzünü əli ilə bağlayıb dedi ki “Mənəm, mən”. Ayağa qalxıb ona tərəf getdim. Götürdüklərini pəncərədn atdı, özü də qapıdan qaçdı. Polisə zəng etdim. Kim olduğunu tapdılar. Amma hələ həbs olunmayıb”.