ATV-də yayımlanan “10-dan sonra” proqramının qonaqları aşıq Namiq Fərhadoğlu ilə Fəzail Miskinli olub.

Axşam.az-ın məlumatına görə, efir zamanı aşıqlar arasında mübahisə düşüb. Namiq canlı yayımda Fəzaili aşıq hesab etmədiyini deyib. Qarşı tərəf isə ona sərt cavab verib.

Aparıcı Yusif Ağayev tərəfləri sakitləşdirməyə çalışıb, amma alınmayıb.

Onların sözlərinin çəpləşməsi reklam fasiləsində də davam edib. Sənətçilərin mübahisəsi əlbəyaxa davaya çevrilib. Aşıqlar bir-birini təhqir ediblər. Ətrafdakılar onları ayırmağa çalışıblar.





                   

Digər Xəbərlər