18 yaşlı iranlı gimnast İrana Maede Hocabari İnstaqram səhifəsində rəqs edərkən lentə alınan videosunu yayımlayıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, görüntüdə qızın evində musiqi sədaları altında oynaması yer alıb. Maedenin şalvar və qapalı geyinməsinə baxmayaraq, paylaşımı səs-küy yaradıb. 

Açıq-saçıqlığa yol verməməsinə baxmayaraq video çarxdan sonra qız həbs edilib. Birincisi, qızın rəqs edən videosunu yayaraq özünü qeyri-etik göstərdiyi iddia edilib. İkinci isə o, başını bağlamadan cəmiyyət içinə çıxıb. İranda isə başını bağlamaq mütləqdir.

Sosial şəbəkədə yayılan və tənqid edilən video gimnastın başına bəla olub. Qızın səhifəsi dərhal bloklanıb, amma videonu başqa profillərdə izləmək mümkündür. İran polisi görüntünü yayan bütün İnstaqram profillərinin tezliklə bloklanacağını yayıb. İrananı hansı cəzanın gözlədiyi hələ açıqlanmayıb.

Qeyd edək ki, İrana 1 ay ərzində rəqs etdiyi videonu yaydığına görə həbs edilən dördüncü qızdır.





                 

Digər Xəbərlər