İyulun 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ə.Nesinin “Öldürsənə məni, Canikom” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib.

Axşam.az xəbər verir ki, “Öldürsənə məni, Canikom” tamaşası Allahverdi Yolçuyevin 60 illik yubileyinə həsr edilib.

Tamaşada xalq artisti Naibə Allahverdiyeva, əməkdar artist Qəmər Məmmədova, aktyorlar Allahverdi Yolçuyev, Təhminə Məmmədova, Müşfiq Əliyev, Bəhram Həsənov, Anar Seyfullayev və Anar Səfiyev rol alıb.

Əsərin qəhrəmanları uzun illər öncə ərlərini itirmiş 68 yaşlı Siyen və 73 yaşlı Dihadır. Onlar məcburiyyətdən binanın zirzəmi qatında yaşayırlar. Siyenin toyunun 50 illik yubileyini qeyd etməyə hazırlaşan rəfiqələrin başına gələn əhvalatlar maraqla qarşılandı.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Sona Mustafayevadır.

Qeyd edək ki, məşhur türk dramaturqu Əziz Nesinin bu əsəri dünyanın bir çox səhnələrində dəfələrlə hazırlanıb və ugur qazanıb. Əsərin janrı komediya olsa da, məğzi tənhalıq faciəsidir. ADGTT-nın təqdim etdiyi tamaşada həm komik həm də dramatik məqamlara yetərincə yer verilib.



                   

Digər Xəbərlər