Conni Depp yenə də hakim qarşısında

Conni Depp yenə də hakim qarşısında
414 dəfə oxunub
  • A-
  • A
  • A+

55 yaşlı Conni Deppin başı yenə polislə dərtdədir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, "City of Lies" filminin üzvlərindən olan Qreqq Bruks aktyoru ona hücum etməkdə günahlandırıb. Bruks bununla bağlı polisə şikayət ərizəsi yazıb. 

Aktyor fiziki və mənəvi zərbə aldığını bildirib. Buna səbəb isə Brukun filmdə rol alan dostlarını təhqir etməsi olub.

O, iddia edir ki, Depp dava zamanı sərxoş olub. Bruks deyib ki, şikayət ərizəsini geri götürmədiyi üçün onu filmdən də qovublar.