Bəstəkar Gövhər Həsənzadə şou-biznesin əvvəlki halı ilə indiki durumu müqayisə edib.

Axşam.az-ın məlumatına görə, bəstəkar “ATV maqazin onlarla” verilişində bildirib ki, estrada artıq çox zəifləyib:

“O dövr gözəl idi, sənət mübadiləsi gedirdi. Konsert proqramlarında da, mahnılarda da, aranjimanlarda da maraq var idi. Biz yarışırdıq, tamaşaçı zövq alırdı. Bir-birindən yaxşı mahnılar çıxırdı, sənət inkişaf edirdi, estrada qol-budaq açırdı. İndi bilinmir nəyin mübarizəsi gedir. Mən də yoxam şou-biznesdə. Buradan uzaq olsan yaxşıdır”.



                 

Digər Xəbərlər