Sevda: “Özəl hədiyyə gözlədiyim insan ...”

Sevda: “Özəl hədiyyə gözlədiyim insan ...”
3010 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün ad gününü qeyd edən məşhurlar arasında müğənni Sevda Yahyayeva da var.

Axşam.az-ın məlumatına görə, sənətçi bu günü dostları ilə qeyd edəcək.

“Lider” telekanalında yayımlanan “Bu saat” verilişinə qonaq olan Sevda heç kimdən özəl hədiyyə gözləmədiyini deyib:

“Ad günümü heç vaxt qeyd etməmişəm. Bu il dostlarımla birlikdə keçirəcəyəm. İlk dəfə 20 yaşım olanda anamdan dəyərli və maraqlı hədiyyə almışam. Mənə gəlincik bağışlamışdı. Təəccübləndim ki, bu nədir? Amma çox sevdiyim hədiyyə idi. Özəl hədiyyə gözlədiyim insan yoxdur. Mənim üçün ən önəmlisi təbriklərdir. Əgər kiminsə yadına düşürəmsə, diqqət göstərib təbrik edirsə, bu mənim üçün böyük hədiyyədir. İndiyə kimi aldığım bütün hədiyyələri saxlayıram. Eləcə də səhnə geyimlərimi. Heç kimə vermirəm, atmıram da”.