“Xəzər” telekanalında yayımlanan “Əlimin duzu” proqramında gözlənilməz hadisə yaşanıb.

Axşam.az-ın məlumatına görə, dörd tanınmışın yemək hazırlayaraq yarışdığı proqramda həftənin ilk günü aparıcı Aytəkin Mərdanova yer alıb.

Plov üçün toyuq doğrayıb, duzlayan Aytəkinə aparıcı Firuzə Cəlilova (Fira) tələ qurub. Belə ki, aparıcı üzünü çevirən kimi Fira onun yeməyinə çoxlu duz töküb. Daha sonra isə o, yeməyə tük atmağa çalışıb, amma alınmayıb.

Nəticədə qonaqlar yeməyin duzdu olmasından şikayətləniblər.





                   

Digər Xəbərlər