"YARAT"da qəribə tamaşa: Tamaşaçılar da rol alacaq

"YARAT"da qəribə tamaşa:  Tamaşaçılar da rol alacaq
417 dəfə oxunub
  • A-
  • A
  • A+

İyulun 13-də "YARAT” Müasir İncəsənət Mərkəzində "YUĞ" teatrının yaradıcı heyəti tərəfindən "Şağ” eksperimental tamaşası nümayiş ediləcək.

Axşam.az AzərTAc-a istinadən xəbər verir ki, tamaşa yazıçı Sevinc Çılğının qələmə aldığı üç qısa pyes əsasında hazırlanıb. Burada bir-biri ilə əlaqəsi olmayan müxtəlif süjetlər arasında tamaşada iştirak edən aktyorlar tərəfindən bağlılıq yaradılır.

Səhnə əsəri sərgi janrındadır və daha çox aksiya xarakterlidir.

Aktyorların tamaşa zamanı oyunu poliqon platformasında təcrübədən keçirdikləri spontan aktyor texnikası əsasında qurulub. Tamaşanın özünə gəldikdə isə o, eyni zamanda, göstərilən bir neçə hadisədən ibarətdir.

Səhnə əsərinin nümayişi zamanı seyrçilərin oturmağı nəzərdə tutulmayıb. Bundan başqa, tamaşa tam formatda interaktivliyə malikdir. Yəni, hər bir tamaşaçıya hadisələrin gedişatına müdaxilə etmək icazəsi verilir. Ona görə də seyrçilərdən tamaşanın gedişatında dəyişiklik etməyə hazır olmaqları xahiş edilir.