Gəncədə baş verən hadisələrdən gəldiyim qənaət budur ki, düşmən qüvvələr Azərbaycanın müstəqilliyinə, sabitliyinə qənim kəsiliblər. Amma onlar unudurlar ki, bizim bu sərvətlərimizə uzanan əllər mütləq kəsiləcək. Azərbaycan qanunları qarşısında hər kəs bərabərdir. Bu cinayəti törədənlər Azərbaycan qanunları qarşısında cavab verəcəklər.

Axşam.az-ın məlumatına görə, bu sözləri AzərTac-a açıqlamasında Xalq Artisti Nurəddin Mehdixanlı söyləyib.

“Gəncə Azərbaycanın ürəyi, qədim tarixi şəhəridir. Gəncə və gəncəlilər daim Azərbaycan dövlətçiliyinin yanında olublar və bundan sonra da olacaqlar. Bu, bir qrup radikalın törətdiyi cinayətdir. Gəncə hadisəsi göstərdi ki, ölkəmizi xaosa sürükləməyə çalışan düşmənlərimiz var və biz onlara imkan verməməliyik”, - deyə N.Mehdixanlı vurğulayıb.

Xalq Artisti əlavə edib ki, ətrafımızda baş verən çox ciddi hadisələri harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı nəzərə almalıdır:

“Ölkəmizdə heç bir halda dini fanatizmə yol vermək olmaz. Dini fanatizmin qarşısı amansız şəkildə alınmalıdır. Allah şəhid polislərimizə rəhmət eləsin, yerləri behişt olsun! Onlar Azərbaycanda dini fanatizmə qarşı mübarizədə şəhid olublar. Azərbaycan Respublikasının vətəndaşı olaraq dövlətimizin, Prezidentimizin, xalqımızın, bayrağımızın yanındayıq”.



                 

Digər Xəbərlər