Zeynəb Xanlarovanın ad günüdür

Zeynəb Xanlarovanın ad günüdür
1430 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün xalq artisti Zeynəb Xanlarovanın 77 yaşı tamam olur.

Axşam.az-ın məlumatına görə, keçmiş Özbəkistan SSR-in xalq artisti, keçmiş SSRİ-nin xalq artisti, keçmiş Azərbaycan SSR-in Dövlət mükafatı laureatı olan Z. Xanlarova 1936-cı ildə Bakıda dünyaya gəlib.

O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb.

Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.

Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir. Haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib. Zeynəb Xanlarova həm də uzun illərdir, Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

“Şöhrət” ordeni ilə təltif edilib. 1975-ci ildən xalq artisti, 1980-ci ildən SSRİ xalq artisti, 1985-ci ildən Azərbaycan SSR Dövlət mükafatı laureatıdır. Dünyanın bir çox ölkələrində konsertlər verib.

Axşam.az kollektivi xalq artistini ad günü münasibətilə təbrik edir.