İsti havada iştah ölür, insan yemək yemək istəmir. Bir çox hallarda isə aclıq hiss edilmir. Amma buna baxmayaraq mütləq nəsə yemək lazımdır. Çünki istidə daha çox tərləyir, bədənimizdəki vitaminlər və minerallar azalır. Onları geri qaytarmaq üçün sağlam qidalanmaq mütləqdir.

Axşam.az xarici KİV-ə istinadən isti havalarda sağlamlıq üçün xeyirli olan ərzaqları təqdim edir:

Tünd yaşıl yarpaqlı tərəvəzlər, pomidor, xiyar, yaşıl bibər, qırmızı bibər, çiy tərəvəzlərdən hazırlanan salat.

Yoqurt, ayran, qatıq, doğramac.

Təzə lobya, kabaçok, badımcan və digər tərəvəzlərdən zeytun yağında hazırlanan yeməklər.

Kilas, qarpız, yemiş, şəftəli kimi içərisi su ilə zəngin olan meyvələr mütləqdir.

Əgər iştahanız yoxdursa qoz, fındıq, quru meyvələr yeyə bilərsiniz. 

Dondurma və digər südlü şirniyyatlar xeyirlidir.



                   

Digər Xəbərlər