Müğənni Xatun Əlliyeva sosial şəbəkədəki paylaşımı ilə yeni qalmaqal yaradıb.

Axşam.az-ın məlumatına görə, sənətçi dodaqları silikonlu bir xarici tanınmışın fotosunu paylaşaraq aşağısında hədə-qorxu gəlib. Xatun sözləri kimə ünvanladığını gizli saxlasa da, bunları qeyd edib:

"Bu fotonu gördüm bir müğənnimi, rəqqasəmi, düşükmü, afiristmi, ev yıxanmı deyim, o düşdü yadıma. Bu fotonun eynisi var məndə... Çıxıb efirə utanmaz-utanmaz yalan danışır, ağıl verir, akademiklik edir. Deyir, mənim dodaqlarım anadangəlmədir, silikonum yoxdur. Son xəbərdarlıq: sən bir də orda-burda məndən danışasan, mənə şərlər atasan, müğənnilərə məndən yalan-yalan sözlər deyəsən, aramı vurasan, səni rüsvay etməsəm mənə Xatun deməsinlər. İki dəfə xəbərdarlıq etmişəm yanındakılara. Bu da üçüncü. Get yalan, bədbəxt həyatını yaşa. Əl çək məndən. Yalan deyən rəqqasədir... Xəyanət, yalançı, dilin yanacaq. Sağ göstərib, sol vuraram".

Xatun ad çəkməsə də izləyicilər bu sözləri küsülü olduğu rəqqasə Fatimə Fətəliyevanın ünvanına yazdığını vurğulayıblar. Onlar "Daha yazaydın Fatiməyə də" kimi şərhlər qeyd ediblər. Xatun isə onlara "Fatmagülün suçu nə" şərhi ilə cavab verib və gülüş işarəsi qoyub. 

Qeyd edək ki, Xatunla Fatimə arasında uzun müddətdir qalmaqal yaşanır. Bir vaxt rəfiqə olan və məclislərə bir gedən rəfiqələr indi düşmən olublar. Bu günlərdə efirdə "Dodaqlarım silikon deyil" deyən də elə Fətəliyeva olmuşdu. 


                 

Digər Xəbərlər