İlahə Hacıyeva biznes-leydi oldu - Fotolar

İlahə Hacıyeva biznes-leydi oldu - Fotolar
11103 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan gözəllik industriyasında maraqlı və fərqli canlanma yaradan İlahə Hacıyeva iş xanımı kimi fəaliyyətə başlayıb.

Axşam.az xəbər verir ki, biznes-leydi bu il uğurlu fəaliyyətinin 10 illik nəticəsi olaraq  «Ilaha Hajiyeva» brendini təqdim edib.

10 il əvvəl çıxdığı bu yolda bu gün də möhkəm addımlayan gənc xanım nəinki Azərbaycanda, hətta ölkə hüdudlarını aşaraq  dünyaca məşhur ikonların sırasına qatıla bilib.

Potensialı onu qazandığı uğurlarla yetinməyərək daha böyük nailiyyətlərə aparmaqdadır. Buna nümunə kimi İlahə Hacıyeva tərəfindən təşkil olunan və  beynəlxalq standartlara uyğun həyata keçirilən görüşlər, tədbirlər göstərilə bilər. Bundan başqa o, öz  peşəkar keyfiyyət və təcrübəsini həmkarları ilə bölüşərək xarici və yerli make up sirlərinə yiyələnmək istəyən hər kəs üçün mütəmadi seminarlar təşkil edir və onlara güclü motivasiya olur.

Təsadüfi deyil ki, istər ölkəmizdə, istərsə də xaricdə maraqla qarşılanan «Ilaha Hajiyeva» eksklüziv  fırçalar seriyası və taxma kipriklər məhz onun brendi ilə bağlıdır.

Uğuru ilə bağlı sevincini bölüşən İlahə Hacıyeva bunları deyib: “Heç kimə sirr deyil ki, bütün dünya səviyyəli vizajistlər öz dəst-xəttlərini əks etdirən məhsullar istehsal edir və mən çox şadam ki, Azərbaycanda bunu  ilk dəfə məhz mən etmişəm. Daha bir qürürverici məqam da odur ki, mənim təqdim etdiyim məhsullar nəinki Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda da uğurla istifadə olunur. İstehsal etdiyim məhsullardan yalnız müsbət rəylər alıram”.

İlahə Hacıyeva öz brendi ilə daim xanımları sevindirəcəyini bildirib. O, qeyd edib ki, bundan sonrakı iş fəaliyyətində də gözəllik indrustriyasındakı boşluqları doldurmağa davam edəcək.

İlahə Hacıyevanın vizaj studiyasının fəaliyyəti haqqında daha ətraflı məlumatları İnstagram və Facebook sosial şəbəkə səhifələrindən və ya aşağıdakı mobil telefonlar vasitəsilə də ala bilərsiniz:

Ünvan : Afiyəddin Cəlilov 26 ( Megafun Əyləncə mərkəzinin yanı)

Telefon: +994 50 477 99 69

https://www.instagram.com
/ilahahajiyeva/


https://www.facebook.com/
ilahahajiyevamakeupstudio/