“Adnan Oktar cinsi əlaqəyə girə bilmir”

“Adnan Oktar cinsi əlaqəyə girə bilmir”
3993 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, qalmaqallı verilişi ilə tanınan Adnan Oktar ötən gün həbs olunub.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, onun “kedicik” adlandırdığı qadınlardan biri Ceylan Özgül bir neçə açıqlama verib:

“Adnan mənə təcavüz etməyib. Amma belə halların yaşandığına dəfələrlə şahid olmuşam. 7, 10, 16 yaşlı qız uşaqlarına təcavüz etməsi barədə eşitmişəm. Bəzən elə uşaqlar olurdu ki, öz anaları gətirirdi. Bəziləri pul, bəziləri isə sadəcə inandıqları üçün”.

Ceylan özü və Adnan Oktar arasında olan münasibətdən də danışıb:

“Eyni evdə yaşasaq belə heç kimlə cinsi əlaqəyə girə bilmirdi. Çünki qasıq yırtığından (“qrija”) əziyyət çəkirdi. Qadınlara qul kimi baxırdı. “Mənə xidmət edərək, İslama xidmət edirsiniz” deyirdi. Heç kimlə yaxın əlaqəsi yox idi. Cinsi əlaqə yaşamırdı. Amma fərqli şeylər edirdi. Yaş fərq etmir, hər qıza eyni hərəkətləri edirdi. Çox açıqlama verməyəcəm”.

Qeyd edək ki, Adnan Oktar təcavüz, uşaq qaçırılması, şantaj, siyasi cəsusluq, şəxsi həyatın gizliliyini pozma, rəsmi sənədlərdə saxtakarlıq, təhqir, yalançı şahidlik və bundan başqa bir neçə cinayətdə ittiham olunur.