Şəkil çəkdirmək istədi, köpəkbalığına yem oldu

Şəkil çəkdirmək istədi, köpəkbalığına yem oldu
4814 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikalı model Katarina Zarutski fotosessiya zamanı bədbəxt hadisə ilə rastlaşıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 19 yaşlı model köpəkbalıqları arasında şəkil çədirməli olub. Bu zaman köpəkbalıqlarından biri onun qolunu dişləyib.

Katarina bildirib ki, qanın suya axdığını görəndə dərhal oradan çıxmağa çalışıb. Təcili xəstəxanaya aparılan modelin qoluna sarğı qoyulsa da, dişlərin izinin ömürlük qalacağı deyilib.

Hadisə ilə bağlı danışan Zarutski vurğulayıb ki, köpəkbalıqları vəhşi heyvanlardır və baş verənlərə görə heç kim məsuliyyət daşımır. O, özü bu fotosessiyaya razılıq verdiyini söyləyib.