Mayda bir müddətdir eşq yaşadığı Yaşar İpeklə ailə quran müğənni-aparıcı Seren Serengil hamilədir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Yaşar paylaşdığı bir fotonun altında qeyd edib.

O, Seren, özü və iafçının yaxın rəfiqəsinin yer aldığı şəklin altına yazıb:

“Bu dostuna aşiqəm. Hazırlaş, xala olursan”.

Qeyd edək ki, cütlük bu ilin iyununda evlənəcəyini desə də, mayda Fransada istirahət zamanı gizlin şəkildə nikah masasına oturub. Seren bir müddət hamiləliklə bağlı müalicə aldığını da sosial şəbəkədə yazmışdı.



                   

Digər Xəbərlər