Yeri gəlmişkən...

Yeri gəlmişkən...
774 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəzən haradasa oxuduğumuz balaca bir məlumat bizi çox təəccübləndirir. Elə məqamlar var ki, onlar dünya alimləri tərəfindən uzun araşdırmalar nəticəsində tapılıb.

Axşam.az xarici KİV-ə istinadən maraqlı məlumatlar təqdim edir:

Amerika alimlərinin araşdırmalarına əsasən, kök qadınlar model kimi arıq və bəzəkli qızlara nisbətən, 4 dəfə daha artıq uğurlu karyera qururlar. Dadlı yeməklərdən həzz alan qadınların fantaziyası güclü, biznesdəki uğurları isə daha çoxdur.

Sən demə, soyalı yeməklər qadınların hamilə qalmasına mane olur. Soyanın tərkibində olan komponentlər spermatozoidlərin keyfiyyətini azaldır. Həkimlər ana olmağa hazırlaşan qadınlara ovulyasiya ərəfəsində soyadan uzaq durmağı məsləhət görürlər.

Robi Uilliams belə bir proqnoz verib ki, 7 ildən sonra UNO-lar dünyanı zəbt edəcəklər. O, hər gün yuxuda UNO-ların hücumunu gördüyü üçün yatmaqdan qorxur. «Onlar bizə çox yaxındırlar. Mənim sözlərimi yadınızda saxlayın. 2012-ci ildə UNO-lar bizə qalib gələcəklər» deyə, müğənni qeyri-adi açıqlama verib.

İtalyan dizaynerləri futbolçular üçün qeyri-adi köynək hazırlayıblar. Həmin köynəyi geyinmiş futbolçu oyun zamanı qadınının ürək döyüntüsünü, sevgisini, həyəcanını və nəvazişini hiss edəcək.

Heç bilirdin ki, köstəbək bir gecəyə 76 metrlik tunel qaza bilir?!

Son araşdırmalara əsasən, hər səhər işə gedəndə arvadlarını öpməyi unutmayan kişilər sadəcə, «sağ ol» deyənlərə
nisbətən daha çox pul qazanırlar.

Fransızlar artıq çəki ilə mübarizə aparmaq üçün maraqlı yemək dəsti icad ediblər. Ortası deşik qaşıq, dişləri qırıq çəngəl və «küt» bıçaq qadınları az yeməyə vadar edəcək.

Bir neçə ay susuz yaşaya bilən heyvan kenqurudur. Onlar su içmək üçün axtarışa çıxmırlar. Yerdə bir neçə metrlik quyu qazımaq kenquruya su əldə etməyə kifayət edir.