Demet Akalının əri müflis oldu?

Demet Akalının əri müflis oldu?
1859 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Demet Akalın və həyat yoldaşı Okan Kurta aid şirkət məhkəmə qərarı ilə müsadirə olunacaq.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, cütlük bir müddətdir maddi problemlərlə üzləşib.

Xəbərə görə, Demet və Okana aid “Martaş lojistik”in yük maşınları müsadirə olunacaq. Hazırda banklara 100 min türk lirəsinə yaxın borc olduğu deyilir. 1980-ci ildən bəri fəaliyyət göstərən “Martaş lojistik” Türkiyədə xüsusi nüfuza sahibdir və müğənninin qayınatası Abdi Kurt və əri Okan Kurta aiddir.

Bununla yanaşı yük maşınlarının sürücüləri də şirkətin rəsmilərini məhkəməyə verib. Yayılan xəbərlər barədə cütlük heç bir açıqlama verməyib.

Qeyd edək ki, Demet və Okan 2012-ci ildə ailə qurub və cütlüyün Hira adlı bir qız övladı var.