Elvinə türkiyəli iş adamından təklif

Elvinə türkiyəli iş adamından təklif
1708 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elvin Abdullayev Türkiyədən maraqlı təklif alıb.

Sənətçi Axşam.az-a açıqlamasında bildirib ki, avqustda qardaş ölkəyə yollanacaq. Elvin səfərin səbəbinin həm yeni işbirliyi, həm də dəvət aldığı toy olduğunu söyləyib:

“İlk növbədə deyim ki, səfərimin məqsədi Ankarada bir toy məclisində yer almaqdır. Orada məşhur otellərin sahibi məni oğlunun məclisinə dəvət edib. Kliplərimi TMB kanalında izləyiblər və bəyəniblər. Mənimlə əlaqə saxladılar, danışdıq və razılaşdıq. Toy da elə iş adamının öz otellərindən birində baş tutacaq.

Bir müddət əvvəl isə Türkiyədə bir musiqi şirkətindən işbirliyi təklifi almışdım. Səfər zamanı həmin şəxslərlə də görüşəcəm. Onlar bəstələrimi istəyiblər. Mənim də orada mahnılar yazdırmağımı təklif ediblər”.