Günay yeni verilişlə qayıdır

Günay yeni verilişlə qayıdır
3803 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Günay Firudinqızının "Geriyə baxanda” proqramı bu mövsüm sonuncu buraxılışını yayımlayıb.

Axşam.az-ın məlumatına görə, Günay proqramın bağlandığını bildirib.

Firudinqızı bundan sonra yeni verilişlə tamaşaçıların qarşısına çıxacaq. Onun proqramı “Ulduzlu yayım” adlanacaq. Veriliş həftənin bazar ertəsi ATV-də efirə gedəcək.

Günay məşhurlarla birlikdə bölgələrə gedib, orada çəkilişlər edəcək. Aparıcının ilk qonağı əməkdar artist Vasif Məhərrəmli olub.