Nişanlanandan sonra ilk dəfə görüntüləndilər - Fotolar

Nişanlanandan sonra ilk dəfə görüntüləndilər -  Fotolar
1331 dəfə oxunub
  • A-
  • A
  • A+

24 yaşlı Castin Biber yeni nişanlandığı Heyli Bolduinlə Nyu-York küçələrində görüntülənib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı sevgilisinin əlindən tutub gəzən ifaçı fotolarının çəkildiyini görüb ciddi sima alıb. 

Məlum olub ki, Casitn gələcək həyat yoldaşının ailəsi ilə tanış olub. Müğənni onların yaşadığı Nyu-Vindzora vertolyotla gedib. Gecə isə şəhərə qayıdaraq, romantik şam yeməyinə yollanıblar.

Gecə üçün Castin və Heyli öz idman stilli geyimlərini seçiblər. Heyli "Alexander Wang" brendindən olan dəri dəst seçib.

Cütlüyə yaxın olan mənbə mediaya açıqlamasında bildirib ki, onlar toy üçün dəbdəbəli mərasim planlaşdırmırlar. Yalnız ailə üzvlərinin yer alacağı sadə mərasimlə Castin və Bolduin nikah masasına oturacaq.