Bu üç vasitə dərdinizə dəva olacaq

Bu üç vasitə dərdinizə dəva olacaq
4243 dəfə oxunub
  • A-
  • A
  • A+

Adətən xörəklərə əlavə dad qatması üçün istifadə etdiyimiz duz, istiot və limon eyni zamanda bir çox sağlamlıq probleminə də fayda göstərir.

Axşam.az xarici mediaya istinadən bu üç vasitənin faydalarını sadalayır:
 
Soyuqdəymə
 
Qaynamış suyun içinə yarım limonun suyunu sıxın. 10 dəqiqə keçdikdən sonra suya bir xörək qaşığı bal töküb için.
 
Boğaz ağrısı

 
Bir stəkan ilıq suya yarım çay qaşığı istiot, bir çay qaşığı duz və bir xörək qaşığı limon suyu əlavə edin. Bir neçə gün ərzində bu qarqaranı edin.
 
Astma
 
Qaynayan suya 2 mixək, 15 nanə yarpağı və 10 ədəd istiot dənəsi atın. 15 dəqiqə qaynatdıqdan sonra balona tökərək, 2 xörək qaşığı balla için.
 
Diş ağrısı

 
Yarım çay qaşığı üyüdülmüş istiotu eyni miqdarda mixək yağı ilə qarışdırın. Qarışımı ağrıyan dişinizə vurun.
 
Mədə bulantısı
 
Bir çay qaşığı istiotla bir xörək qaşığı limon suyunu yarım stəkan ilıq suyun içinə tökün. Yeməkdən əvvəl bir çay qaşığı qəbul edin.