Ata məhkəməyə müraciət etdi - Qızını ondan icazəsiz seriala çəkiblər

Ata məhkəməyə müraciət etdi - Qızını ondan icazəsiz seriala çəkiblər
7052 dəfə oxunub
  • A-
  • A
  • A+

İki il bundan əvvəl Star TV-də yayımlanan “Anne” serialında rol alan uşağın atasından icazəsiz ekran işinə çəkilməsi qalmaqala səbəb olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uşağın atası Mehmet Atılgan 7 yaşlı övladının ekran işinə icazəsiz çəkildiyini iddia edərək keçmiş arvadını məhkəməyə verib.

O, serialı bu yaxınlarda izlədiyini və qızını təsadüfən orada gördüyünü bildirib.

Məlum olub ki, uşağın anası Meltem Atılgan həyat yoldaşı ilə boşandıqdan sonra qızını aktyor agentliklərindən birinə yazdırıb.  Uşaq bir neçə serialda epizodik rollar oynayıb, onlardan biri də "Anne" serialı olub. 

32 yaşlı qadın polisə ifadəsində məsələdən keçmiş həyat yoldaşının xəbərdar olduğunu, M. Atılganın “Sən mənim yerimə müqaviləyə imza at” dediyini bəyan dedib.

Prokurorluğun araşdırmasından sonra ana Meltem Atılgan haqqında cinayət işi açılıb. Araşdırmalardan sonra məlum olub ki, ana ərinin adından müqaviləyə imza ataraq saxtakarlığa yol verib. O, bununla pul qazanmaq istəyib.