Aysun Bakıda dəfilə etməyəcək

Aysun Bakıda dəfilə etməyəcək
2832 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun Bakıda keçirəcəyi dəfiləsini təxirə salıb.

Bu haqda məlumatı Axşam.az saytına açıqlamasında sənətçi özü verib.

O, nümayiş olunması düşünülən bütün libasların hazır olduğunu bildirib:

“Dəfiləylə bağlı bütün hazırlıqlar başa çatıb. Libaslar da hazırdır. Amma Aysun artıq bu dəfiləni keçirmək istəmir. Son vaxtlar çox qalmaqal yaşandı. Qızım da bunlara görə istəmir söz-söhbətlərin içində olsun. Deyir, elə Moskvada qalıb dərsimlə məşğul olmağım yaxşıdır. Aysun ağıllı qızdır, həm də artıq böyüyüb. Nə cür istəyir, o formada da qərar verir. Mən də onun qərarı ilə razılaşıram. Həm də qızım özəl həyatının gündəmə gəlməsini xoşlamır, əsəbiləşir. O dəfilədən sonra da baş verəcək söz-söhbətləri təsəvvür edir. Buna görə də hələ istəmir”.