"Milyonçu başıma pullar səpib..." - Niyam

"Milyonçu başıma pullar səpib..." -  Niyam
1497 dəfə oxunub
  • A-
  • A
  • A+
"Bodrumdan məni heç nə qaçırtmayıb. Gedib 5 ay qaldım. Burada işimiz olduğuna görə qayıtdıq. Samir Piriyevin də mənim də toylarımız var".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Niyam Salami "5/5" verilişində deyib. Aparıcı Zaur Kamal Niyamla Samirin işbirliyinin bitdiyini deyib. Onun "Samirlə Bodrumda restoran açdınız, deyirdin işləyəcəksən, gedirsən Bakıdan. Aranız dəydi qayıtdın" sözlərinə Salami etiraz edib.

Müğənni aparıcının "Yaxşı oxuyursan, adam sənə pul verə bağ evində hovuzun kənarında səhərə kimi oxuyasan" sözlərinə belə cavab verib:

"Səhərə qədər hovuzda oxuyanlardan deyiləm. Heç milyonçu biri məni oxutdura bilməyib. O qədər başıma pullar səpilib ki, oxumamışam".