Cennifer Ben Affleklə evliliyinin mənfi cəhətlərini açıqladı

Cennifer Ben Affleklə evliliyinin mənfi cəhətlərini açıqladı
1054 dəfə oxunub
  • A-
  • A
  • A+

Cennifer Qarner boşandığı həyat yoldaşı Ben Afflek haqqında çox danışmağı sevmir.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, 46 yaşlı Qarner 10 il ailəli qaldığı müddətdə keçirdiyi hisslərdən, ailəsindən danışıb.

Jurnalistin şəxsi həyatı ilə bağlı suallarını cavablandıran Cennifer media tərəfindən onlara olan diqqətdən əziyyət çəkdiyini deyib.

"Geriyə baxanda görürəm ki, həmin an yayılan xəbərlərə görə hələ də stress yaşayıram. İndi də bu haqda danışanda ağlamaq tutur məni. Hamı deyirdi ki, bunu unutmalıyam. Hamı ərə getməyə can atır. Çünki ətrafda ancaq bu dedi-qoduları eşidirsiniz: "Onlar birlikdədir, ya yox?". Bu, bizim ailə həyatımızın ən birinci mənfi cəhəti idi" deyə, aktrisa bildirib.

Qeyd edək ki, Afflek və Cennifer 2016-cı ildə boşanma qərarı alıblar. Onlar üç övladını birlikdə böyüdürlər. Ayrılığın səbəbi isə Benin xəyanəti olub. Afflek yeni münasibətə qədəm qoysa da, Qarner onunla dost münasibətlərini qoruyub.