Türkiyəli aktyor ata oldu – Foto

Türkiyəli aktyor ata oldu – Foto
4060 dəfə oxunub
  • A-
  • A
  • A+
“Eşkiya dünyaya hükümdar olmaz” serialının “İlyas”ı Ozan Akbabanın övladı dünyaya gəlib.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, aktyor 2017-ci ildə Buket Arıkanla ailə qurub. Cütlüyün oğlu dünyaya gəlib. Körpənin adını Ali qoyan Ozan bu barədə sosial media hesabında paylaşım edib:

“Xoş gəldin, oğlum. Bu tarix dünyaya gəldiyin tarixdir, Ozan Alim. Bu qısa həyatımıza, içində səhv və doğruların olduğu dünyamıza girdiyin üçün nə qədər təşəkkür etsək azdır. Anan çox güclü qadındır. Səndən bir istəyim var. ananı çox sev. Çünki sən onu sevsən dünyanı, yaşamağı, insanı, təbiəti, bitkiləri, heyvanları, gözəlliyi də sevərsən. Əllərində dünyanı daşıyan ananı çox sev. Və bütün səhvlərimizə bxmayaraq bizləri də sev”.