“Gecə avtomobildə dinlədik ki, bəlkə mahnını Günayın ifasında başa düşək, amma alınmadı”

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənnilər Sevil və Sevinc Səfərova bacıları “ATV maqazin onlarla” verilişində deyib.

Əkizlər küsülü olduqları müğənni Günay İbrahimlini tənqid ediblər. Onlar “Kaderinle barış” mahnısının Günayın yaşına uyğun olmadığını söyləyiblər:

“Əgər bunu Aygün Kazımova və Brilliant Dadaşova oxusaydı, bəlkə başa düşərdik və sevərdik. Günay İbrahimlinin sənəti və yaşı üçün bu mahnı tezdir. "Sırf Aygün Səmədzadə yazıb deyə, oxumalıyam" yoxdur bu sənətdə. Aygün xanım mahnını elə sənətkara təqdim etməliydi ki, illərlə çəkdiyi əziyyət, yaşadığı həyat tərzi bir-birini tamamlamalıydı. Günayın yaşı üçün mahnı tezdir”.



                 

Digər Xəbərlər