Zamiq əkizlərlə küsülü imiş

Zamiq  əkizlərlə küsülü imiş
1864 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənnilər Zamiq Hüseynov və Sevil-Sevinc Səfərova bacıları küsülü imiş.

Axşam.az-ın məlumatına görə, buna səbəb Zamiqin əkizlərin bir vaxtlar "Xəzər"də yayımlanan "Hər şey daxil" verilişində qonaq olmaqdan imtina etməsi olub.

Bacılar "ATV maqazin onlarla"da bildirib ki, bu səbəbdən də zamiqlə uzun müddət danışmayıblar:

“Bildiyimiz sakit, başını aşağı salıb işini görən deyil. Hamının cavabını yerində verir. Bizim də payımızı verib. Onunla aramızda ciddi problem yaranmışdı. Toyda salam verdi, biz isə almadıq. Sonra gedəndə pilləkəndən qayıtdı sözünü dedi.

Günahkar biz idik, "salamı" almalıydıq. Nə yaşımız var ki... O vaxt verilişimizə dəvət etdik, müğənnilər bizi bəyənmirdilər. Sənətçi dostlarımız aralarında danışmışdılar ki, onların proqramına getməyin, yenidilər. Elə bilirdilər ki, iki gündən sonra proqramımız bağlanacaq”.