Ceceli ilk dəfə keçmiş arvadı və İntizarın videosundan danışdı

Ceceli ilk dəfə keçmiş arvadı və İntizarın videosundan danışdı
9007 dəfə oxunub
  • A-
  • A
  • A+

Mustafa Cecelinin keçmiş həyat yoldaşı Sinem Gedik ilə müğənni İntizar arasında münasibət olması Cengiz Semercioğlunun yazısında ortaya çıxıb. Daha sonra isə onların yataq otağında qucaqlaşdıqları video gündəmə gəlib. Videonu Mustafanın yaydığı iddia edildi və müğənni tənqid hədəfinə çevrildi. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Ceceli sessizliyini pozaraq, haqqındakı günahlandırmaya cavab verib. O, belə bir addım atmadığını bildirib: 

"Tənqidlər mənim işim deyil və olmayacaq da. Məni maraqlandıran övladımın psixoloji vəziyyətidir. Buna görə də, içində yer aldığım şokedici hadisəyə aydınlıq gətirilməsi üçün məhkəməyə getdim və övladımı yanıma götürmək üçün dava açdım. Burada məsələ boşanmaq deyil. Övladımın yaşadığı travmaların ortaya çıxması və onun yer aldığı məkanda xoşagəlməz hadisənin yaşanmasıdır. Bunun sübutu olan görüntülər şikayət ərizəmin arasındadır.

Tənqidlərin heç biri uşağımın mənə danışdıqlarından və yaşadıqlarından önəmli deyil. Heç kimin evinə gedib, kamera yerləşdirmədim. Məhkəməyə verdiyim görüntülər kim olduqlarını bilmədiyim şəxslər tərəfindən elektron ünvanıma göndərilib. Heç bir gizli çəkiliş etməmişəm. Əlimdə "Övladınızı xilas edin" başlıqlı məktublar da var.

Tək düşündüyü övladını xilas etmək olan bir ata olaraq videonu mediaya yayacaq ən sonuncu şəxsəm. Övladımın anasının videosunu mediaya yayan insanlarla da məhkəmədə üzləşəcəm. Günahkar hakimə zəng vurub, şantaj və təhdid edənlərdir. Uşağımın yer aldığı məkanda yaşananlar cinsi təcavüzdür. Bunları görməməzlikdən gələ bilmərəm. Uşağımın və mənim yaşadıqlarımı dəyərləndirmə haqqını isə hakimin vicdanına həvalə edirəm. Kiməsə zərər verəcək düşüncəm yoxdur. Tək dərdim övladımı xilas etməkdir".