Dünyanın müxtəlif ölkələrinin 8 ən məşhur deserti

Dünyanın müxtəlif ölkələrinin 8 ən məşhur deserti
1764 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın hər bir ölkəsinin özünəməxsus şirniyyatı var. Onlardan bəzisi ağız dadımıza uyğun olsa da, bəzisini heç bəyənmirik.

Axşam.az xarici KİV-ə istinadən dünyanın 8 məşhur desertini təqdim edir:

Vaqasi - Yaponiya

Yaponiyanın milli şirniyyatı olan Vaqasi avropalılara heç də şirin görünməyə bilər. Onu düyü pastasından və şəkərdən hazırlayırlar. İçərisinə isə paxla və şokolad əlavə edilir.



Gülab camun - Hindistan

"Qızıl gül ətirli qaymaq" - şirniyyatın adı tərcümədə bu cür səslənir. Deserti ölkənin hər bir vətəndaşı sevir. Quru südə, qovrulmuş un tökülür və yumru kürə formasında qızardılır və şərbətə atılır.

Alfahor - Argentina

Müasir dövrün ən məşhur şirniyyatıdır. Alfahor şəkərli-vanilli peçenyedir. Ona qatılaşdırılmış süd, cem və ya karamel vurulur.



Vaflili borucuklar - Norveç

Ad günlərində və Yeni ildə ancaq bu şirniyyat hazırlanır. Yerli camaat onu hazır alıb içərisinə istədikləri növ krem yığırlar.

Umm Əli - Misir

Bunu hazırlamaq çətin deyil. Çoxları onu isti pudinqlə müqayisə edirlər. Bir boşqaba çörək, üstünə istədiyiniz çərəzdən tökün. üstünə şəkər tozu səpib, qaymaq tökün.



Çe - Vyetnam

Vyetnam mətbəxi çoxlarının xoşuna gəlməyə bilər. Bu desert şorba ilə jeleyə bənzəyir.

Prekmurska gibanisa - Sloveniya

Bu, balkan ölkələrinin ən məşhur yeməyidir. XVII-ci əsrdən hazırlanır. Əvvəl şirin deyildi. Onu pendir və keçi südündən hazırlayırdılar. Daha sonra isə onu cem, kəsmik və haşhaşla hazırlayırlar.



Zarda - Pakistan

Bir çox şərq ölkələrində ətli plova xüsusi diqqət edilir. Pakistanda isə şirin plov daha məşhurdur. Burada düyü süd, şəkər tozu və çərəzlərlə hazırlanır.