Natavan, Röya və Elnarə 16 il əvvəl - Video

Natavan, Röya və Elnarə 16 il əvvəl - Video
2217 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Natavan Həbibi İnstaqram hesabında 16 il öncə çəkilmiş arxiv videosunu paylaşıb.

Axşam.az-ın məlumatına görə, videoda müğənninin özü ilə yanaşı keçmiş “W-trio” qrupunun solistləri Röya Ayxan və Elnarə Xəlilova da yer alıb. Video izləyicilər tərəfindən maraqla qarşılanıb. Natavan videonu paylaşaraq bu sözləri yazıb:

“Baxın, tamaşaçılardan nə gəlib. Səhv etmirəmsə, 2002-ci ildir. Qrup üzvlərinin birgə son çıxışlarından biri. Videonu elə rəqs edən balaca xanımlardan biri göndərib. İllər keçdi amma ikinci belə qrup olmadı ki, olmadı”.