15 dəqiqədə hazırlaya biləcəyiniz 3 şirniyyat

15 dəqiqədə hazırlaya biləcəyiniz 3 şirniyyat
2536 dəfə oxunub
  • A-
  • A
  • A+

Dadlı şirniyyatlar hər kəsin sevimlisidir. Xüsusən də tez və asan hazırlanan şirniyyatlar xanımların köməyinə yetişir.


Axşam.az sizə cəmi 15 dəqiqədə hazırlaya biləcəyiniz 3 asan şirniyyatın reseptini təqdim edir:

1. Banan və şokoladlı tost

Tərkibi:

4 dilim tost çörəyi

1 x/q kərə yağı

80 qr şokolad

1 ədəd banan

Bəzək üçün:

1 x/q şəkər kirşanı

Hazırlanma qaydası:

Tost çörəklərinin bi tərəfinə kərə yağı çəkin. Kərə yağı daha yaxşı ərisin deyə tost çörəklərini öncədən azacıq isidin. Yağlanmış çörək dilimlərini teflon və qaynar tavada, orta istilikdə üzəri qızılı rəng alana qədər qızardın. Bananı qalın dilimlər şəklində kəsin. Kərə yağında qızardılmış dilimləri bir boşqaba qoyun və üzərinə öncə şokolad parçalarını, daha sonra isə banan dilimlərini yerləşdirin. Digər çörək dilimi ilə üzərini örtün. Şokolad parçalarının tam əriməsi üçün hazır məhsulu tost maşınında basın.


İsti şokolad içkisi

Tərkibi:

1 qaşıq şokolad yağı

1 stəkan süd

Hazırlanma qaydası:

Südlə şokolad yağını fincana əlavə edib qarışdırın, hazır qarışımı mikrodalğalı sobada isidin. Mikrodalğalı sobanız yoxdursa, südü kiçik qazanda qaynayana qədər isidib içərisinə 1 qaşıq şokolad yağını əlavə edərək tam əriyənədək qarışdırın. İsti-isti süfrəyə verin.


Kök keksi

Tərkibi:

6 əd böyük ölçülü kök

10 əd xurma

3 x/q aqava siropu

2 x/q yulaf əzməsi

2 x/q kətan toxumu

1 ç/q qoz ləpəsi

1 x/q darçın

Üzəri üçün:

2 x/q rəndələnmiş kokos.

Hazırlanma qaydası:

Köklərin qabıqlarını təmizləyin, iri dilimlərə bölün. Xurmaların tumlarını çıxarıb kiçik parçalara ayırın. Qoz ləpələrini kiçik parçalara bölün. Daha sonra bütün məhsulları birləşdirin. Üzərinə yulaf əzməsi, aqave siropu və darçını da əlavə edin və bütün məhsulları yaxşıca qarışdırın. Hazırladığınız qarışımı istədiyiniz qəliblərə yerləşdirib 10 dəqiqə soyuducuda saxlayın.