15 il sonra bir araya gəldilər - Foto

15 il sonra bir araya gəldilər -  Foto
3465 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Müşviq Şahverdiyev həmkarları Elməddin Cəfərov və Fərda Xudaverdiyevlə birlikdə çəkdirdiyi fotosunu sosial şəbəkədə paylaşıb.

Axsam.az-ın məlumatına görə, uzun müddət birlikdə çalışan, 15 ildir ayrı fəaliyyət göstərən dostlar yenidən bir araya gəliblər. Müşviq paylaşımına “Görəsən, nə məsələdir” şərhini yazıb.

Rejissor Aqil M. Quliyev isə onun fotosuna “Titanlar” rəyini yazaraq, yeni layihə hazırlandığını bildirib. Rejissor üç aktyorun 15 il sonra eyni filmdə rol alacağı xəbərini verib.