Efirdə əlbəyaxa dava edən aşıqlar barışdı - Video

Efirdə əlbəyaxa dava edən aşıqlar barışdı -  Video
3397 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV telekanalında yayımlanan “10-dan sonra” verilişində əlbəyaxa dava edən aşıqlar Namiq Fərhadoğlu ilə Fəzail Miskinli barışıb.

Axşam.az-ın məlumatına görə, onlar bir araya gələrək aralarındakı anlaşılmazlığa aydınlıq gətiriblər. Aşıqlar çəkilən videonu paylaşaraq barışdıqlarını bildiriblər. Fəzail deyib ki, onları efirdə əsəbiləşdiriblər:

“Etik normaları gözləyən adamam. Namiqlə həmyerliyik, bir-birimizin evində olmuşuq. Bu haqda bir də danışmayacağıq. Bizi kənardan da qızışdırdılar”.

Namiq isə “Üç saatdır danışırıq. Hər kəs öz səhvini başa düşdü” sözlərini əlavə edib.

Qeyd edək ki, Namiq canlı yayımda Fəzaili aşıq hesab etmədiyini söyləyib. Sənətçilər arasında dava da bundan sonra başlayıb.