"Qadın kimi xoşbəxt ola bilməmişəm" - Fatimə ağladı

"Qadın kimi xoşbəxt ola bilməmişəm" -   Fatimə ağladı
7548 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Günay Firudinqızının “Ulduzlu yayım” verilişinin ilk qonağı rəqqasə Fatimə Fətəliyeva olub.

Axşam.az-ın məlumatına görə, sənətçi həyatından danışarkən göz yaşlarını saxlaya bilməyib:

“Çox əziyyət çəkmişəm. Elə günüm olub ki, qızım ət istəyib ala bilməmişəm. Çox yaxşı yaşamışam, amma sonra düşmüşük. Həmin günləri görən biri kimi, çalışıram indi heç kimin qəlbini sındırmayım. Məni o qədər sındırmaq istəyiblər.

İndi-indi yaxınlarımın dəstəyini görürəm. Özümdə görmədiklərimi qızım Aydanımda görmək istəyirəm. Elə olub ki, qadın kimi xoşbəxt ola bilməmişəm. 22 il nə qardaş, nə də ata yanımda olub. Son 2-3 ildir ailədə xoşbəxtlik tapmışam. O da oğlumun atası yanımdadır”.