“Sağlam cəmiyyətdə geyim müzakirə predmeti olmur. Təəssüf ki, bizdə o sağlam cəmiyyət hələ də formalaşmayıb, bəzi insanlar mental dəyərləri geyimlə ölçür və onlar elə düşünür ki, qapalı geyinən əxlaqlı, açıq geyinən isə əxlaqsız qadındı”.

Axşam.az xəbər verir ki, bu sözləri son günlər açıq-saçıq fotolarına görə tənqid edilən aktrisa-aparıcı Mələk Heydərova sosial şəbəkədə yazıb. O, geyimini tənqid edənlərə cavab verib:

“Anormal fikirlərdir. Cəmiyyətdə müzakirə olunası nə qədər problemlər var. Qısa geyinirəmsə, bunu mən bilərəm və heç bir normal insan sual verə bilməz ki, “Sən niyə qısa geyinirsən?”. Heç kim mənə deyə bilməz niyə mini geyinirsən. Deməli, Azərbaycandan başqa əksər ölkələrə əxlaqsız adı yapışdıra bilərik. Çünki onların xanımları demək olar ki, geyinmirlər. Bizdə bir çoxları düşünür ki, qoy üzdə abırlı görünüm, amma altda gizlin nə edirəmsə edim. Mən isə belə insanları qəbul etmirəm. Efirdə də həyatda olduğum kimi səmimiyəmsə, yenə də qınaq obyekti oluram”.

Mələk illər əvvəl çalışdığı ATV kanalından geyiminə görə qovulduğunu etiraf edib:

“Hətta bizdə geyimə görə insanı işdən belə qovurlar. 3 il əvvəl ATV kanalından işdən geyimimə görə uzaqlaşdırıldım. Şokda idim, heç bir cəmiyyətdə belə şey yoxdu. Halbuki ATV-də məndən beşbətər geyinənlər var idi. Açıq geyinən əxlaqsız deyil ay camaat. Mələk haqda nəsə demək üçün onu tanımaq lazımdır. Məndən açıq- saçıq geyinənlərə heç nə demirlər, mən ox olub gözə girirəm. Bəlkə də mən ətli-canlı olduğum üçün diqqət cəlb edirəm”.



                   

Digər Xəbərlər