Ramaldan ona pomidor deyən Niyama: "Xəngəl bişirən..."

Ramaldan ona pomidor deyən Niyama:  "Xəngəl bişirən..."
3098 dəfə oxunub
  • A-
  • A
  • A+

“Pomidor şitilinin içində orijinal pomidor çıxıb. O, şitilin içində orijinal adam var, arada gəlir qatılır, ondan ona deyir, aləmi qatır. Nə vaxtsa, əlimə keçəcək”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Niyam Salami Ramal İsrafilovun ünvanına deyib. Sənətçi bir vaxtlar yaxın dost olduğu Ramalı pomidora bənzədib.

R.İsrafilov isə “Xəzər maqazin”ə açıqlamasında Niyamın sözlərinə sərt reaksiya verib:

“Musiqiçiyəm, bəstəkaram. Peşəm mahnı yazmaqdır. Mənim musiqi menyumda ancaq musiqiçi ola bilər. Ona görə də xəngəl bişirənlərin adını çəkməyin. Mənim boynumda "fartuk" görmüsən? Aşpazam? Əziz aşpazlar, dadlı yeməklər bişirin, başınızı qazandan o tərəfə çıxarmayın. Nə deyir özüdür: pomidor da, badımcan da özüdür. Tərəvəz ancaq aşpaza lazımdır. Mənə səs, musiqi, ürək, hit lazımdır. Sənət qalıb kənarda, pomidordan danışıram”.