Tahir Əkbərin mahnısı Türkiyədə oğurlandı

Tahir Əkbərin mahnısı Türkiyədə oğurlandı
1263 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum bəstəkar Tahir Əkbərin "Əzizim” mahnısı oğurlanıb.

Axşam.az-ın məlumatına görə, bu haqda bəstəkarın həyat yoldaşı Aybəniz xanım “Hər şey daxil” verilişində deyib. O, efirə zəng edərək bildirib ki, nə qədər çalışsalar da, haqlarını qoruya bilmirlər:

“1989-ci idlə Azərbaycanda "Qızıl Fonda2 qoyulan bir bəstədir. İlk ifaçısı Nisə Qasımova olub. Sonra bizə xəbər gəldi ki, kanon ifaçısı Halil Karaduman 1997-ci ildə MESAM-da öz adına qeydiyatdan keçirib. Sözləri bir az dəyişdirib, müəllif kimi Ali Tekintür qeyd olunub. Türkiyənin Azərbaycandakı səfirliyinə getdik, orada sənədləri göstərdik. Özü dünyasını dəyişib, biz də qardaşı ilə danışdıq. Bizə dedi ki, MESAM-da Tahir müəllimin adına keçirərik. İnanıram ki, orada belə bir şey edilməz. çalışıram bütün Türkiyə bilsin ki, bu mahnının müəllifi Tahir müəllimdir. Mahnı türk xalq musiqisi kimi ad qazanıb".