Madonna övladlarının nadir fotosunu paylaşdı

Madonna övladlarının nadir fotosunu paylaşdı
948 dəfə oxunub
  • A-
  • A
  • A+

Madonna 6 övladı ilə birlikdə  Malaviyə yollanıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni çox nadir hallarda bütün övladlarını bir araya yığır. 

Dünya ulduzu 21 yaşlı Lurdes, 17 yaşlı Devid Banda və Mersi Ceyms, 5 yaşlı əkizləri Stella və Esterin yer aldığı fotonu sosial şəbəkədə paylaşıb.

Şəkil Afrikada uşaq  xəstəxanalarından birində lentə alınıb. Bu xəstəxana Madonnanın maddi dəstəyi ilə tikilib.

Mersi Ceyms adını daşıyan mərkəz Malavidə ilk uşaq xəstəxanasıdır. İfaçının övladları da onun düzəldilməsinə dəstək olmuşdu. Belə ki, onlar xəstəxana divarlarını öz rəsmləri ilə bəzəmişdilər.