Ece Seçkinə maraqlı evlilik təklifi – Video

Ece Seçkinə maraqlı evlilik təklifi – Video
1583 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Ece Seçkinə pilot sevgilisi Çağrı Terlemez maraqlı evlilik təklif edib.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, sevgilisi ilə birlikdə Afrikaya gedən Ece sürprizlə qarşılaşıb. Belə ki, Çağrı ona qəbilə üzvləri arasında evlilik təklif edib. Ece isə sevgilisinin bu təklifinə “hə” cavabını verib. Müğənni daha sonra görüntüləri sosial media hesabında paylaşaraq bu sözləri yazıb:

“Düşünürəm ki, dünyanın ən maraqlı evlənmə təkliflərindən biri idi, ayaqlarım yerdən kəsildi. Sonsuza qədər davam etməsini xəyal etdiyim bu təklifə “hə” cavabını verdim. Hər şey yuxu kimi idi. Nə hiss etdiyimi deməyimə ehtiyac yoxdur, gözlərimdən bilinir. Və səninlə çıxdığımız bu yola, gerçək sevgiyə və sənə bir an belə düşünmədən hə”.