"Çoxları yazır ki, artistlik edirəm" - Fatimə

"Çoxları yazır ki, artistlik edirəm" -  Fatimə
1644 dəfə oxunub
  • A-
  • A
  • A+

“Çoxları yazır ki, nəinki ət, biz kartof da tapmamışıq. Açıqlamama aydınlıq gətirmək istəyirəm. Bəli, bilən bilir ki, mən necə bir ailədə göz açmışam. 19 yaşıma kimi rahat yaşamışam. Amma təəssüflər olsun ki, atamı itirmişəm. Daha sonra kədərli günlərimiz başlayıb. Anam neçə ilin biznes leydisi olub.  Xəz-dəri satışı ilə bağlı mağazaları olub”.

Axşam.az-ın məlumatına görə, bu sözləri rəqqasə Fatimə Fətəliyeva İnstaqram səhifəsində yazıb. Sənətçinin ATV-də yayımlanan “Ulduzlu yayım” verilişində qonaq olarkən dediyi sözlər və ağlaması tənqid edilib. Onun “Çox əziyyət çəkmişəm. Elə günüm olub ki, qızım ət istəyib ala bilməmişəm” sözlərini sosial şəbəkədə ələ salıblar.

Fatimə onu qınayanlara belə cavab verib:

“Sonra müflis olmuşuq, çarəsiz qalıb evlərimizi satmışıq, kirayə yaşamışıq. Hər kəsin başına gələ bilər. Oldu, keçdi! Çoxları yazır ki, artistlik edir. Hər kəs pis günün xatırlayanda kövrələ bilər. Heç kim keçmişini unutmamalıdır və bilmək olmaz ki, sabah başımıza nə gələ bilər.  Əziyyət çəksəm də indi ayaq üstdəyəm. Gərək insan yaxşı günlərinin qədrini bilsin”.