Nadir Qafarzadə övladlığa uşaq götürmək istəyir

Nadir Qafarzadə övladlığa uşaq götürmək istəyir
1640 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nadir Qafarzadə “Hər şey daxil” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, iki oğul övladı olan sənətçi aparıcı-prodüser Tarix Əliyevin "Heç qız uşağı övladlığa götürməyi düşündünmü" sualına belə cavab verib:

“Çox istəyirəm, qız uşağı götürüb, saxlayım. Amma həyat yoldaşımın bibisi vardı, ziyalı idi. Götürüb uşaq saxladı. Ömrünü ona həsr etdi. Uşaq gəlib oldu narkoman. Hər şeyini satdı, yurdunu viran etdi. Əri qazanan idi, qızılları, evləri var idi. Axırda da bunları atıb getdi. İndi elə şey düşünəndə, yoldaşım deyir ki, bibini yadına sal. İndi bilinmir uşaq hardadı, tutulub deyəsən".